​ATƏT-in Daimi Şurası Dağlıq Qarabağ üzrə xüsusi iclas keçirəcək

​ATƏT-in Daimi Şurası Dağlıq Qarabağ üzrə xüsusi iclas keçirəcək Görüş Vyanada təşkil olunacaq
Qarabağ
5 Aprel , 2016 00:57
​ATƏT-in Daimi Şurası Dağlıq Qarabağ üzrə xüsusi iclas keçirəcək

Bakı. 5 aprel. REPORT.AZ/ ATƏT-in Daimi Şurası Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupu üzvlərinin iştirakı ilə Vyanada xüsusi iclas keçirəcək.

"Report" xəbər verir ki, bu barədə təşkilata istinadən RİA "Novosti" məlumat yayıb.

Görüş zamanı Minsk qrupunun həmsədrləri - səfir İqor Popov (Rusiyaə), səfir Ceyms Uorlik (SŞA) və Pyer Andriyonun (Fransa) Şuranı hazırkı vəziyyət və münaqişənin həlli yollarının axtarışı üzrə gələcək addımlar barədə məlumatlandıracağı gözlənilir.

Bundan əlavə, Ermənistan, Azərbaycan, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya və Türkiyənin də daxil olduğu Minsk qrupu iştirakçılarının gün ərzində görüş və məsləhətləşmələri keçiriləcək.

ATƏT-in Daimi Şurası təşkilat ölkələrində baş verən hadisələri müzakirə etmək və müvafiq qərarlar qəbul etmək üçün hər həftə Vyanada toplaşır. İclaslar sədr başda olmaqla iştirakçı ölkələrin təşkilat yanında daimi nümayəndələrinin iştirakı ilə keçirilir.

Son xəbərlər

Orphus sistemi