Yuxarı

​ATƏT-in baş katibi: "Minsk qrupunun üzvləri tezliklə görüşəcək" - ƏLAVƏ OLUNUB

Lanberto Zanyer: Görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin də iştirak edəcəyi istisna olunmur

Bakı. 12 oktyabr. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll edilməsi üçün formalaşdırılan ATƏT-in Minsk qrupuna üzv olan dövlətlərin nümayəndələri yaxın aylarda görüşəcək. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ATƏT-in baş katibi Lanberto Zanyer bildirib.

Onun sözlərinə görə, həmin görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin də iştirak edəcəyi istisna olunmur. 

ATƏT-in baş katibi deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını baş katibi Nikolay Bordyuja ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. 

O qeyd edib ki, bölgədə və Azərbaycan- Ermənistan sərhədində gərginliyin artmasından narahatdırlar: "Siyasi rəhbərlərlə işləmək vacibdir.

BMT-nin Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Nyu-Yorkda Azərbaycan və Ermənistan xaric işlər nazirlərinin və ATƏT-in Minsk qrupu həmsədrlərinin görüşü olub. Payızda daha bir görüşün keçirilməsi mümkündür. Biz Azərbaycan və Ermənistan liderlərinin görüşünün mümkünlüyünə də ümid edirik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi