​ATƏT-in baş katibi: "Minsk qrupunun üzvləri tezliklə görüşəcək" - ƏLAVƏ OLUNUB

​ATƏT-in baş katibi: "Minsk qrupunun üzvləri tezliklə görüşəcək" - ƏLAVƏ OLUNUB Lanberto Zanyer: "Görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin də iştirak edəcəyi istisna olunmur"
Qarabağ
12 Oktyabr , 2015 12:34
​ATƏT-in baş katibi: Minsk qrupunun üzvləri tezliklə görüşəcək - ƏLAVƏ OLUNUB

Bakı. 12 oktyabr. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll edilməsi üçün formalaşdırılan ATƏT-in Minsk qrupuna üzv olan dövlətlərin nümayəndələri yaxın aylarda görüşəcək. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ATƏT-in baş katibi Lanberto Zanyer bildirib.

Onun sözlərinə görə, həmin görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin də iştirak edəcəyi istisna olunmur. 

ATƏT-in baş katibi deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını baş katibi Nikolay Bordyuja ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. 

O qeyd edib ki, bölgədə və Azərbaycan- Ermənistan sərhədində gərginliyin artmasından narahatdırlar: "Siyasi rəhbərlərlə işləmək vacibdir.

BMT-nin Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Nyu-Yorkda Azərbaycan və Ermənistan xaric işlər nazirlərinin və ATƏT-in Minsk qrupu həmsədrlərinin görüşü olub. Payızda daha bir görüşün keçirilməsi mümkündür. Biz Azərbaycan və Ermənistan liderlərinin görüşünün mümkünlüyünə də ümid edirik".

Son xəbərlər

Orphus sistemi