Yuxarı

XİN: "ATƏT-ə sədrlik edəcəyi dövrdə Almaniya Minsk Qrupunun həmsədrlərinə dəstəyini davam etdirəcək"

2016-cı il yanvarın 1-dən Almaniya bir il müddətinə quruma sədrlik edəcək

Bakı. 29 oktyabr. REPORT.AZ/ "ATƏT-ə sədrlik edəcəyi dövrdə Almaniya Minsk Qrupunun həmsədrlərinə dəstəyini davam etdirəcək".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənub Qafqaz və Mərkəzi Asiya üzrə komissarı Andreas Peşke Ermənistan xarici işlər nazirinin müavini Karen Nazaryanla Yerevandakı görüşündə deyib.

Qeyd edək ki, 2016-cı il yanvarın 1-dən Almaniya bir il müddətinə ATƏT-ə sədrlik edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi