Bakı. 29 oktyabr. REPORT.AZ/ "ATƏT-ə sədrlik edəcəyi dövrdə Almaniya Minsk Qrupunun həmsədrlərinə dəstəyini davam etdirəcək".
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənub Qafqaz və Mərkəzi Asiya üzrə komissarı Andreas Peşke Ermənistan xarici işlər nazirinin müavini Karen Nazaryanla Yerevandakı görüşündə deyib.
Qeyd edək ki, 2016-cı il yanvarın 1-dən Almaniya bir il müddətinə ATƏT-ə sədrlik edəcək.