AŞPA prezidenti: "Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönələn istənilən fəaliyyəti dəstəkləməyə hazırıq" - EKSKLÜZİV

AŞPA prezidenti: "Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönələn istənilən fəaliyyəti dəstəkləməyə hazırıq" - EKSKLÜZİV Mikele Nikoletti: "Mən Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll olunacağına ümüd edirəm"
Qarabağ
29 Yanvar , 2018 09:27
AŞPA prezidenti: Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönələn istənilən fəaliyyəti dəstəkləməyə hazırıq - EKSKLÜZİV
AŞPA-nın prezidenti Mikele Nikoletti / Report

Strasburq. 29 yanvar. REPORT.AZ/ "Mənim Dağlıq Qarabağ münaqişəsinə münasibətim Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mövqeyi ilə üst-üstə düşür. AŞPA Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində fəaliyyət göstərən beynəlxalq təşkilatların, habelə BMT-nin, ATƏT-in Minks qrupunun roluna hörmətlə yanaşır". 

Bunu "Report"un Qərbi Avropa bürosuna açıqlamasında AŞPA-nın yeni prezidenti Mikele Nikoletti bildirib.

O qeyd edib ki, AŞPA Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş istənilən fəaliyyəti dəstəkləməyə hazırdır: "Mən Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll olunacağına ümüd edirəm".  

M.Nikoletti Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin fəaliyyətinə də toxunub. O vurğulayıb ki, azərbaycanlı deputatlar Parlament Assambleyası çərçivəsində yüksək fəallıq nümayiş etdirirlər: "AŞPA üçün hesabatların hazırlanmasında Azərbaycan nümayəndə heyətinin üzvləri çox aktiv fəaliyyət göstərirlər və mən onların hesabatlarını çox qiymətləndirirəm. Biz Azərbaycan nümayəndə heyətinin üzvləri ilə sıx qarşılıqlı dialoq şəklində fəaliyyət göstəririk".

Son xəbərlər

Orphus sistemi