Yuxarı
    Bağlamaq

    Aprel döyüşlərində şəhid olan hərbçilərin təltif olunduqları medallar ailə üzvlərinə təqdim edilib - FOTO

    Mirzə Novruzov və Müşfiq Orucov Vətən uğrunda, Kamran Şirəliyevə isə Hərbi xidmətdə fərqlənməyə görə medalı ilə təltif ediliblər

    Bakı. 18 may. REPORT.AZ/ Aprel ayında Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısının alınması zamanı şəhid olan Azərbaycan ordusunun baş leytenant Mirzə Novruzov və əsgər Müşfiq Orucov "Vətən uğrunda", Kamran Şirəliyevə isə "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif ediliblər.

    "Report" xəbər verir ki, hərbçilərin təltif olunduqları medallar mayın 18-də ailə üzvlərinə təqdim olunub.

    M.Novruzovun medalı oğlu Nihata, M.Orucovun medalı anası Aygün Orucovaya, K.Şirəliyevin medalı isə anası Elmira Şirəliyevaya təqdim edilib.

    Mərasimdə çıxış edən müdafiə nazirinin müavini general-leytenant Kərəm Vəliyev şəhidlərin ailələrinə başsağlığı verib. O bildirib ki, Azərbaycan ordusu hər gün güclənməkdədir: "Düşmənin hər bir təxribatını dəf etməyə qadirdir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi