"Hurriyet Daily": Aprel döyüşləri Azərbaycanın taktiki mövqelərinin yaxşılaşmasına səbəb olub

"Hurriyet Daily": Aprel döyüşləri Azərbaycanın taktiki mövqelərinin yaxşılaşmasına səbəb olub "Tramp administrasiyası Cənubi Qafqazda fəaliyyətdə maraqlı deyil"
Qarabağ
18 Aprel , 2017 12:13
Hurriyet Daily: Aprel döyüşləri Azərbaycanın taktiki mövqelərinin yaxşılaşmasına səbəb olub

Bakı. 18 aprel. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrlərinin danışıqları canlandırmaq üçün istəkləri yoxdur.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin "Hurriyet Daily" nəşrində dərc olunmuş məqalədə bildirilib.

"2016-cı ilin aprel ayındakı dördgünlük müharibə həm hərbi texnika, həm də insan itkiləri baxımından ən ciddi gərginlik olub. İyirmi illik müddətdə qoşunların təmas xəttində gərginlik ara-sıra yüksəlib", - məqalədə deyilir.

Müəllifin sözlərinə görə, dördgünlük müharibə bütün təmas xətti boyunca Azərbaycanın taktiki mövqelərinin yaxşılaşmasına səbəb olub. Məqalədə həmçinin aprel döyüşlərinin Azərbaycan tərəfinə psixoloji üstünlük qazandırdığı, ermənilərin keçilməz müdafiə xətlərinin olması barədə mifləri məhv etdiyi göstərilib.

Müəllif qeyd edib ki, aprel hadisələrindən və Moskva tərəfindən dəstəklənən atəşkəs rejimindən sonra Qərb və Rusiyanın münaqişə tərəflərinin yenidən danışıqlar masasına əyləşməsini təmin etmək üçün birgə çalışacağı gözlənilirdi: "Ancaq 2016-cı ilin may ayında keçirilmiş Vyana görüşündən sonra Qərb ölkələri sanki yoxa çıxdılar, bütün hakimiyyət boşluğunu doldurmağı Rusiyaya buraxdılar".

Türkiyə nəşri Minsk qrupunun digər həmsədrlərinin danışıqları canlandırmaqla bağlı istəklərinin olmadığını vurğulayıb.

"ABŞ-ın indiki administrasiyası Cənubi Qafqazda fəaliyyətdə maraqlı deyil və postsovet məkanında "əvvəlcə Rusiya" siyasətinin çalarları (Ukrayna və Gürcüstan istisna olmaqla) onların Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirakına ümid vermir. Belə görünür ki, ABŞ kövrək hərbi-siyasi status-kvonun qorunmasında maraqlıdır və münaqişələrin həlli ilə bağlı bütün təşəbbüsləri Moskvaya həvalə edir", - müəllif qeyd edib.

Son xəbərlər

Orphus sistemi