Yuxarı

​Angela Merkel: Almaniya Qarabağ münaqişəsinin həllində vasitəçi olmaq istəyir

Azərbaycan bizim üçün əhəmiyyəti artan tərəfdaşdır

Bakı. 22 yanvar. REPORT.AZ/ Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmaq istəyir.

"Report" xəbər verir ki, bu sözləri Almaniyaya işgüzar səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyev ilə keçirdiyi birgə mətbuat konfransında Almaniyanın kansleri Angela Merkel bildirib.

Angela Merkelin tam çıxışı:

- Mən şadam ki, bu gün Azərbaycan dövlətinin başçısı İlham Əliyev yenidən Berlindədir. Bizim sonuncu görüşümüz 5 il bundan əvvəl olub. Nəzərə alsaq ki, Azərbaycanın iqtisadiyyatı dinamik şəkildə inkişaf edir, buna görə bu ölkə bizim üçün əhəmiyyəti artan tərəfdaşdır. Azərbaycan böyük potensiala, əsasən də neft və qaz kimi resurslara malikdir. Düşünürəm ki, Azərbaycan həm Almaniya, həm də digər Avropa ölkələrinin enerji şaxələndirilməsinə böyük töhfə verə bilər. Bu mənada “Cənub” qaz dəhlizi layihəsini dəstəkləyirik.

Biz Azərbaycan Prezidenti ilə müxtəlif mövzular ətrafında fikir mübadiləsi apardıq. Xüsusən də Azərbaycanda insan hüquqlarının vəziyyəti, həmçinin regionda baş verən geosiyasi vəziyyət haqqında danışdıq. Biz Dağlıq Qarabağ münaqişəsi barədə də fikir mübadiləsi apardıq. Almaniya da münaqişənin həllində vasitəçi olmaq istəyir. Düşünürük ki, Avropa Şurası, Avropa İttifaqı bu istiqamətdə bir təşəbbüslə çıxış edərək, münaqişənin həllinə müəyyən töhfəsini verə bilər. Bununla bağlı Azərbaycan Avropa Komissiyası ilə danışıqlar aparacaq. Ukrayna və Rusiya arasındakı münaqişə ilə əlaqədar da müzakirələrimiz oldu. Eyni zamanda, Azərbaycanın “Şərq tərəfdaşlığı” Proqramında iştirakı ilə bağlı danışdıq. Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığını davam etdirməkdədir və “Şərq tərəfdaşlığı” Proqramına üzv olmaqla, bu layihəyə töhfəsini verəcək.

Eyni zamanda, biz Dağlıq Qarabağ münaqişəsini də müzakirə etdik. Bu münaqişə yaxşı olar ki, sülh yolu ilə aradan qaldırılsın. Bu mənada hər iki dövlət səylərini göstərməlidir və düşünürəm ki, Sizin səfəriniz, bu mənada töhfəsini verəcək. Həmçinin Azərbaycan bir tərəfdaş kimi Almaniya və Avropanın enerji təchizatında böyük rol oynayır. Mən Almaniyaya səfər etdiyinizə görə şadam və Sizə təşəkkür edirəm.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi