Yuxarı

ANAMA 4 partlayış yerinə baxış keçirib, partlamış hərbi sursatın qalıqları aşkarlanıb

Agentlik Ağdam və Tərtər rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar haqqında hesabat yayıb

Bakı. 19 iyul. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağdam və Tərtər rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb.

ANAMA-dan "Report"a verilən məlumata görə, Mahrızlı kəndi üzrə 1 əkin sahəsində 4 partlayış yerinə baxış keçrilib, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götrülüb, 1 500 kv.m ərazi yoxlanılıb.

Həsənqaya kəndi üzrə 1 ev və həyatyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülüb, 5 200 kv. m ərazi yoxlanılıb.

Ümumilikdə agentlik tərəfindən bu il aprelin 7-dən iyulun 19-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöı, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 623 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 591 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 23 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda ANAMA tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi