Yuxarı

Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı tacik dilində nəşr olunub

Kitabın redaktoru Tacikistan himninin sözlərinin müəllifi, xalq şairi Gulnazar Geldidir

Bakı. 14 noyabr. REPORT.AZ/ Düşənbə şəhərindəki "İrfon" nəşriyyatında Azərbaycan Prezidenti Admisnitrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı tacik dilində nəşr olunub. Bu barədə "Report"a Azərbaycanın Tacikistandakı səfirliyindən məlumat verilib. 

Səfirliyin təşəbbüsü və maliyyə dəstəyi ilə nəşr edilən 272 səhifəlik kitabda Tacikistan oxucularına Dağlıq Qarabağın, ermənilərin Qarabağa köçürülməsinin tarixi, Dağlıq Qarabağ münaqişəsinin başlanmasının səbəbləri barədə qədim dövrlərdən bu günə qədər əsaslı araşdırılmış elmi-sənədli faktlar və sübutlar təqdim olunur. Kitabda Tacikistan ictimaiyyəti üçün Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, Ermənistanın Azərbaycana qarşı əsassız iddialarının yalan və uydurmalar üzərində qurulduğu barədə ətraflı məlumat verilir.

Kitabın redaktoru Tacikistan himninin sözlərinin müəllifi, xalq şairi Gulnazar Geldi, tərcüməçilər isə Tacikistan alimləri Olim Xocamurod və Bahriddin Cuyodur.

Kitabın nəşri Tacikistan elmi ictimaiyyəti və oxucular tərəfindən böyük maraqla qarşılanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi