Yuxarı

Ağdamın cəbhə kəndlərində vəhşi heyvanların sayı artıb

Bölgədə daha cox çaqqal, canavar və tülkü kimi yırtıcı heyvanlara rast gəlinir

Bakı. 12 iyul. REPORT.AZ/ Ağdamın cəbhə kəndlərində vəhşi heyvanların sayı artıb. Ağdam rayon 14 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsindən "Report"a verilən məlumata görə, son dönəmdə rayon ərazisində vəhşi heyvanların sayında artım qeydə alınıb.

Bölgədə daha cox çaqqal, canavar və tülkü kimi yırtıcı heyvanlara rast gəlinir. Səbəbi isə bölgədə ekoloji tarazlığın pozulmasıdır. 

Ermənistan silahlı qüvvələri hər il mütamadi olaraq işğal altında olan ərazilərdə yanğınlar törədir. Təmas xəttini keçən vəhşi heyvanlar və sürünənlər yaşayış evlərinə də soxulurlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi