Yuxarı

Ziyafət Əsgərov: "Müharibə variantı ermənilər torpaqlarımızdan rədd olub getməyənədək qüvvədə olacaq"

Ziyafət Əsgərov: "Müharibə variantı ermənilər torpaqlarımızdan rədd olub getməyənədək qüvvədə olacaq"
© Report — Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov

“Müharibə variantı o vaxta kimi qüvvədə olacaq ki, ermənilər torpaqlarımızdan rədd olub getməyəcəklər”.

“Report” xəbər verir ki, bunu “Azərbaycanda təhlükəsizlik sistemi. Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları” mövzusunda keçirilən “dəyirmi masa”da çıxışı zamanı Milli Məclis sədrinin I müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

O bildirib ki, əvvəl-axır bu münaqişə sülhlə qurtaracaq: “Azərbaycan hər zaman davamlı sülhün tərəfdarı olub. Xalqların bir yerdə yaşamasına gəlincə, xatırladım ki, bu gün Bakıda 30 min erməni yaşayır. Lakin kim deyə bilər ki, Ermənistanda bir azərbaycanlı yaşayır. Odur ki, xalqların bir yerdə yaşamasını ermənilər dərk etməlidirlər. Çünki Azərbaycanda bununla bağlı problem yoxdur. Ermənistanda hakimiyyətə gələn təzə rəhbərliklə bağlı elə fikir formalaşdı ki, guya nəsə etmək istəyir. Ancaq görürsünüz ki, ortada heç nə yoxdur. Əgər sülh bir müddətdən sonra çat verəcəksə, olmasa yaxşıdır”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi