​Uorlik: "Azərbaycan və Ermənistandakı insanların sülh şəraitində yaşamaq haqqı var"

​Uorlik: "Azərbaycan və Ermənistandakı insanların sülh şəraitində yaşamaq haqqı var" "Biz Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda Rusiya ilə fəaliyyətimizi davam etdiririk"
Qarabağ
15 İyul , 2015 16:31
​Uorlik: Azərbaycan və Ermənistandakı insanların sülh şəraitində yaşamaq haqqı var

Bakı. 15 iyul. REPORT.AZ/ "Bizim birgə işləməyimiz çox vacibdir, çünki Ermənistan və Azərbaycandakı insanların sülh şəraitində yaşamaq haqqı var. Biz Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda Rusiya ilə fəaliyyətimizi davam etdiririk". 

"Report" xəbər verir ki, bu barədə Rusiyanın "Dojd" telekanalına verdiyi müsahibəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.

"Madrid prinsipləri münaqişələrin sülh yolu ilə həlli üçün əsasdır. Bu prinsiplərin komponentləri dəyişməz qalır və gələcəkdə onlar böyük sülh sazişinin təməli olacaq", - ATƏT-in Minsk qrupunun həmsədri deyib. 

Son xəbərlər

Orphus sistemi