Ukrayna səfirliyi Gəncənin atəşə tutulmasını qınadı

Ukrayna səfirliyi Gəncənin atəşə tutulmasını qınadı “Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi dinc əhalinin həlakına və yaralanmasına, eləcə də onların evlərinin dağılmasına səbəb olmuş Azərbaycanın Gəncə şəhərinin növbəti dəfə atəşə tutulmasını qəti şəkildə qınayır”
Dağlıq Qarabağ münaqişəsi
3166
17 Oktyabr , 2020 18:34
Ukrayna səfirliyi Gəncənin atəşə tutulmasını qınadı

"Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi dinc əhalinin həlak olmasına və yaralanmasına, eləcə də onların evlərinin dağılmasına səbəb olmuş Azərbaycanın Gəncə şəhərinin növbəti dəfə atəşə tutulmasını qəti şəkildə qınayır".

"Report" xəbər verir ki, bu barədə səfirliyin bəyanatında bildirilib.

"Mülki obyektlərə və dinc əhaliyə yönəlmiş hər hansı hücumlar əsassızdır və dərhal dayandırılmalıdır. Həlak olanların ailələrinə və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, yaralıların tez bir zamanda sağalmasını diləyirik”, - qeyd olunub.

Son xəbərlər

Orphus sistemi