Sumqayıt və Abşeronda Xocalı faciəsi qurbanları anıldı - VİDEO

Sumqayıt və Abşeronda Xocalı faciəsi qurbanları anıldı - VİDEO Sumqayıtda Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Qarabağ
26 Fevral , 2020 23:04
Sumqayıt və Abşeronda Xocalı faciəsi qurbanları anıldı - VİDEO

Sumqayıtda Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

“Report” xəbər verir ki, əvvəlcə ümumşəhər yürüşü təşkil olunub.

Yürüşdə şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak edib. Göyərçin abidəsinin önündən başlayan və Şəhidlər Xiyabanınadək davam edən yürüşün məqsədi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu cinayəti bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaq olub.

Şəhidlər Xiyabanında Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Abşeronda da Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub. Bu münasibətlə Abşeron rayon Mədəniyyət Mərkəzində anım tədbiri keçirilib. Tədbirdə Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri və rayon ərazisində məskunlaşmış Xocalıdan olan məcburi köçkün, şəhid ailələri iştirak ediblər. İştirakçılar əvvəlcə mədəniyyət mərkəzinin foyesində mövzunu əks etdirən rəsm sərgisi ilə tanış olublar.

Anım mərasimi şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Sonra Xocalı həqiqətlərindən bəhs edən videoçarx nümayiş etdirilib. Abşeron Rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivlərinin ifasında Şükufə Musayevanın əsərinin motivləri əsasında hazırlanmış "Əsgər olacam" kompozisiyası təqdim edilib. Səhnə əsərində Xocalı şəhərinin işğalı zamanı əsir düşmüş uşaq, qadın və qocaların başına gətirilən müsibətlərdən, ermənilərin törətdikləri  vəhşiliklərdən, dünyanın bu soyqırımına göz yummasından və sonda Xocalının azad edilməsi gününün yaxınlaşmasından bəhs olunur.

Son xəbərlər

Orphus sistemi