Yuxarı

Şəhid zabit Cəlilabad rayonunda torpağa tapşırılacaq

Şəhid zabit Cəlilabad rayonunda torpağa tapşırılacaq
Cəlilabadlı şəhid zabitimiz doğulduğu kənddə torpağa tapşırılacaq

Cəlilabad. 30 iyul. REPORT.AZ/ Cəlilabadlı şəhid zabitimiz doğulduğu kənddə torpağa tapşırılacaq.

“Report”un Aran bürosu xəbər verir ki, bu gün 24 yaşlı leytenant, şəhid Hüseyn Zakir oğlu Əkbərlinin cənazəsi bu gün doğulduğu Cəlilabad rayonuna gətiriləcək.

Qeyd edək ki, iyulun 29-dan 30-na keçən gecə və səhər saatlarında Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım, Ağstafa rayonunun Köhnəqışlaq, Tovuz rayonunun Qaralar kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən iriçaplı silahlardan intensiv atəşə məruz qalıb. Düşmən atəşinin qarşısını alarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, 1993-cü il təvəllüdlü, leytenant Hüseyn Zakir oğlu Əkbərli şəhid olub.

Allah rəhmət eləsin!

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi