Şəhid Anar Novruzov dəfn olundu - YENİLƏNİB
Qarabağ
- 14 iyul, 2020
- 22:31
Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən tərəfinin təxribatları nəticəsində qəhrəmancasına həlak olan 1976-cı il təvəllüdlü, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Novruzov Anar Gülverdi oğlunun tabutu doğulduğu Masallı rayonuna gətirilib.
"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, o, doğulduğu Ərkivan qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.
Şəhidin cənazəsini qarşılamaq üçün çoxlu sayda rayon sakini yollara çıxaraq ehtiramlarını bildiriblər. Dəfn mərasimində hərbçilər, rayon rəhbərliyi və yerli sakinlər iştirak ediblər. Hazırkı pandemiya dövründə insanların təhlükəsizliyi nəzərə alınaraq dəfndə iştirak edən insanlara qoruyucu maskalar paylanıb.
Qeyd edək ki, şəhid A.Novruzov ailəli olub, iki övladı var.
Şəhid Anar Novruzov dəfn olundu - YENİLƏNİB
Son xəbərlər
20:41
Prezident: O vaxtdan bəri Vaşinqtona hökuməti təmsil edən dörd nümayəndə heyətini göndərdim
Xarici siyasət20:39
Azərbaycan Prezidenti: Bu gün əsas diqqəti süni zəka sahəsində irəliyə doğru addım atmağa yönəldirik
İKT20:35
Azərbaycana ABŞ-ın aparıcı şirkətlərinin geniş nümayəndə heyəti gəlib
Biznes20:29
İlham Əliyev: Mehmanxana biznesinin Azərbaycanda böyük potensialı var
Xarici siyasət20:25
Prezident: "Visa" ilə sıx işləyəcəyik
Xarici siyasət20:25
Premyer Liqa: "Turan Tovuz" autsayder "Karvan-Yevlax"a qalib gəlib
Futbol20:23
Dövlət başçısı: Azərbaycan bir çox ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır
Xarici siyasət20:17
İlham Əliyev: Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq
Xarici siyasət20:16