Azərbaycan səfiri: "Qətərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini yüksək qiymətləndiririk"

Azərbaycan səfiri: "Qətərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini yüksək qiymətləndiririk" Azərbaycan və Qətər 2019-cu ildə diplomatik əlaqələrin qurulmasının 25 illiyini qeyd edəcək
Qarabağ
18 Fevral , 2019 10:23
Azərbaycan səfiri: Qətərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini yüksək qiymətləndiririk
0 : 00
0 : 00

Bakı. 18 fevral. REPORT.AZ/ "Qətərin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsi, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini yüksək qiymətləndiririk. Qətər müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən BMT və İƏT çərçivəsində hələ də Ermənistan işğalı altında olan Azərbaycan torpaqlarının qaytarılmasını tələb edən qətnamələrin qəbul edilməsində Azərbaycanı dəstəkləyir".

"Report" "Peninsula" nəşrinə istinadən xəbər verir ki, bunu Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov deyib.

Onun sözlərinə görə, 2019-cu ildə Azərbaycan və Qətər diplomatik əlaqələrin qurulmasının 25 illiyini qeyd edəcək.

Diplomat vurğulayıb ki, hər iki ölkə demək olar, bütün sahələrdə ikitərəfli münasibətlərin inkişafı üçün önəmli addımlar atır, yüksək səviyyəli səfərlər mübadiləsi həyata keçirir.

Son xəbərlər

Orphus sistemi