Rusiyalı ekspert: "Ermənistandakı seçkilərə qədər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəliləyiş gözləməyə dəyməz"

Rusiyalı ekspert: "Ermənistandakı seçkilərə qədər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəliləyiş gözləməyə dəyməz" Sergey Markov: "Seçkilərdən sonra Dağlıq Qarabağ ətrafındakı vəziyyətin "donu açıla" bilər"
Qarabağ
21 Noyabr , 2018 16:04
Rusiyalı ekspert: Ermənistandakı seçkilərə qədər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəliləyiş gözləməyə dəyməz

Bakı. 21 noyabr. REPORT.AZ/ "Ermənistanda keçiriləcək parlament seçkilərinə qədər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir irəliləyiş gözləməyə dəyməz".

Bunu "Report"a açıqlamasında rusiyalı ekspert və politoloq, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə həll olunması perspektivinə münasibət bildirərkən deyib.

"Seçkilərdən sonra Dağlıq Qarabağ ətrafındakı vəziyyətin "donu açıla" bilər", - ekspert əlavə edib.

S.Markov hesab edir ki, qarşıdakı parlament seçkilərində Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın qələbə qazanmaq imkanları 100%-ə yaxındır.

Xatırladaq ki, Ermənistanda növbədənkənar parlament seçkiləri bu il dekabrın 9-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi