Dmitri Medvedev: "Yerevan ilə Bakı düşünülməmiş addımlardan uzaq olmalıdır"

Dmitri Medvedev: "Yerevan ilə Bakı düşünülməmiş addımlardan uzaq olmalıdır" Rusiya Azərbaycan və Ermənistanı düşünülməmiş addımlar atmamağa çağırır.
Dağlıq Qarabağ münaqişəsi
1291
24 İyul , 2020 21:02
Dmitri Medvedev: Yerevan ilə Bakı düşünülməmiş addımlardan uzaq olmalıdır

Rusiya Azərbaycan və Ermənistanı düşünülməmiş addımlar atmamağa çağırıb.

“Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev VK sosial şəbəkəsində həmin qurumun iclası barədə məlumat verərkən yazıb.

“Koronavirus epidemiyası ilə bağlı ortaya çıxan problemlər baxımdan bir sıra ölkələrlə təyyarə uçuşlarının bərpası məsələsi, həmçinin Rusiyanın MDB ölkələrilə, o cümlədən aralarındakı sərhəddə davam edən gərginlik nəzərə alınmaqla Azərbaycan və Ermənistanla münasibətlər müzakirə edilib. Yerevan ilə Bakı düşünülməmiş addımlardan uzaq olmalıdır”, - o deyib.

Orphus sistemi