Prezidentin köməkçisi: "Ermənistanın "qələbə" illüziyaları darmadağın edilib"

Prezidentin köməkçisi: "Ermənistanın "qələbə" illüziyaları darmadağın edilib" “Prezident İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin həyata keçirdiyi hərbi əməliyyatlar Ermənsitanın "qələbə" illüziyalarını darmadağın edib”.
Qarabağ
10 Oktyabr , 2020 15:15
Prezidentin köməkçisi: Ermənistanın qələbə illüziyaları darmadağın edilib
Hikmət Hacıyev

“Prezident İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin həyata keçirdiyi hərbi əməliyyatlar Ermənsitanın "qələbə" illüziyalarını darmadağın edib”.

“Report” xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin ön xəttə yerləşdirilən hərbi sistemləri darmadağın edilib:

“Azərbaycan silahlı qüvvələri uğurlu əməliyyat həyata keçiriblər. Yenə də onlara cavab verməkdə davam edirlər”.

Prezident köməkçisi bildirib ki, status-kvo dəyişdirilib: “Artıq Azərbaycanın bir çox torpaqları işğaldan azad edilib”.

Son xəbərlər

Orphus sistemi