Vatikanda Azərbaycan Respublikasının Prezidenti
“Report” xəbər verir ki, Prezident İlham Əliyev münaqişə ilə bağlı ölkəmizin mövqeyini bir daha diqqətə çatdırıb, Ermənistanın regionda destruktiv siyasət yürütdüyünü bildirib.
Dövlət başçısı hazırda Ermənistan tərəfindən danışıqlar prosesinə xələl gətirən ziddiyyətli açıqlamaların verildiyini deyib və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, Helsinki Yekun Aktına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğulayıb.