Azərbaycan Prezidenti: "Atəşkəs olduqca kövrəkdir, Ermənistan vəziyyətə nəzarət edə bilmir"

Azərbaycan Prezidenti: "Atəşkəs olduqca kövrəkdir, Ermənistan vəziyyətə nəzarət edə bilmir" Azərbaycan Prezidenti: "Biz Ermənistan ilə atəşkəs müddətini ölkəmizin inkişafına sərf etmişik”
Qarabağ
7 İyun , 2016 13:58
Azərbaycan Prezidenti: Atəşkəs olduqca kövrəkdir, Ermənistan vəziyyətə nəzarət edə bilmir

Bakı. 7 iyun. REPORT.AZ/ "Atəşkəs olduqca kövrəkdir, Ermənistan vəziyyətə nəzarət edə bilmir və status-kvo bu cür davam edə bilməz". 

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 7-də Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışında deyib.

Son vaxtlar Dağlıq Qarabağda qoşunların təmas xəttində baş verən hadisələrə diqqəti cəlb edən Prezident İlham Əliyev vurğulayıb ki, atəşkəs olduqca kövrəkdir, Ermənistan vəziyyətə nəzarət edə bilmir və status-kvo bu cür davam edə bilməz. İşğal olunmuş ərazilərdən bütün işğalçı qüvvələrin çıxarılmasının vacibliyini vurğulayan Prezident İlham Əliyev Avropanın indi üzləşdiyi miqrasiya problemi nəticəsində yaranan humanitar böhranı Azərbaycanın 20 il bundan əvvəl yaşadığını qeyd edib, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmədiyi üçün Ermənistana sanksiyaların tətbiq olunmamasından təəssüfləndiyini bildirib. “Münaqişənin tezliklə həll olunması regionun sabitliyinə xidmət edəcək”, - deyən Prezident İlham Əliyev bildirib ki, bu çətin vəziyyətə baxmayaraq, Azərbaycan uğurla inkişaf edir. Son 25 ildə ölkədə çox güclü siyasi və iqtisadi islahatlar həyata keçirilib, bütün azadlıqlar təmin olunub. “Biz Ermənistan ilə atəşkəs müddətini ölkəmizin inkişafına sərf etmişik”.

Son xəbərlər

Orphus sistemi