Pakistanın İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Qarabağdakı “seçkilər”i pisləyib

Pakistanın İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Qarabağdakı “seçkilər”i pisləyib Pakistanın İnsan Hüquqları üzrə Milli Komissiyasının (National Commission for Human Rights) sədri Əli Nəvaz Çohan martın 31-də Azərbaycanın işğal olunan ərazilərində keçirilməsi planlaşdırılan qondarma “prezident” və “parlament” seçkiləri ilə bağlı bəyanat yayıb.
Qarabağ
30 Mart , 2020 15:11
Pakistanın İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Qarabağdakı “seçkilər”i pisləyib

Pakistanın İnsan Hüquqları üzrə Milli Komissiyasının (National Commission for Human Rights) sədri Əli Nəvaz Çohan martın 31-də Azərbaycanın işğal olunan ərazilərində keçirilməsi planlaşdırılan qondarma “prezident” və “parlament” seçkiləri ilə bağlı bəyanat yayıb.

Bu barədə "Report"a Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.

Beynəlxalq Ədalət Məhkəməsinin sabiq hakimi və tanınmış hüquqşünas olan Ə.N.Çohanın verdiyi bəyanatda Dağlıq Qarabağ bölgəsi işğal altında olduğundan burada “seçkilər”in keçirilməsinin qeyri-qanuni, beynəlxalq norma və prinsiplərə zidd olduğu bildirilir və “seçkilər”in keçirilməsi qəti şəkildə qınanılır.

Bəyanatın tam mətnini təqdim edirik:

“Mən 31 mart 2020-ci il tarixində Ermənistanın işğal etdiyi Azərbaycana məxsus Dağlıq Qarabağ ərazisində formalaşdırdığı qeyri-qanuni rejim tərəfindən keçirilməsi planlaşdırılan qondarma “parlament” və “prezident” seçkilərini qəti şəkildə pisləyirəm və Azərbaycana verdikləri dəstəkdə öz hökumətimə və BMT-yə qoşuluram. Həmçinin Xocalı şəhərində Azərbaycanın mülki əhalisinə qarşı Ermənistan tərəfindən törədilmiş soyqırımını da bir daha qınayıram. Ermənistan törətdiyi təcavüzə və soyqırımına görə cavab verməli olacaq”.

Qeyd edək ki, sözügedən bəyanat Pakistanın "Dispatch News Desk", "Diplomatic News Agency" xəbər agentlikləri, həmçinin "Islamabad Post" qəzeti və digər KİV-ləri tərəfindən yayılıb. 

Son xəbərlər

Orphus sistemi