Nazir: "Qarabağdakı abidələrin dağıdılmasının qarşısının alınması üçün UNESKO ilə danışıqlar aparırıq"

Nazir: "Qarabağdakı abidələrin dağıdılmasının qarşısının alınması üçün UNESKO ilə danışıqlar aparırıq" Uzun illərdir Dağlıq Qarabağdakı abidələr ermənilər tərəfindən dağıdılır. Bu, yolverilməzdir.
Qarabağ
1 İyul , 2019 13:36
Nazir: Qarabağdakı abidələrin dağıdılmasının qarşısının alınması üçün UNESKO ilə danışıqlar aparırıq
Mədəniyyət naziri Əbülfəs Qarayev / Report / Elchin Murad

"Uzun illərdir Dağlıq Qarabağdakı abidələr ermənilər tərəfindən dağıdılır. Bu, yolverilməzdir".

"Report"un xəbərinə görə, bunu Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən mətbuat konfransında Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, bu məsələ bütün beynəlxalq tədbirlərdə qaldırılır: "Oraya daxil olub nəzarət edə bilmədiyimizə görə belə hallar baş verir. Azərbaycan hökuməti bu istiqamətdə UNESKO ilə danışıqlar aparır. Biz bu işə beynəlxalq ictimaiyyətin qoşulmasını arzu edirik".

Son xəbərlər

Orphus sistemi