Yuxarı
    Bağlamaq

    Moskvada Azərbaycanın XİN başçısı ilə Minsk qrupunun həmsədrləri arasında görüş keçirilib - FOTO

    Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə olunacaq
    © Report

    Moskva. 16 noyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in Minsk qrupunun həmsədrləri arasında Moskvada keçirilən görüş başa çatıb. 

    "Report"un Rusiya bürosunun məlumatına görə, görüş qapalı formada keçirilib. 

    ***

    Rusiya paytaxtı Moskvada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla  ATƏT-in Minsk qrupunun həmsədrləri arasında görüş başlayıb.

    "Report"un Rusiya bürosunun məlumatına görə, görüş qapalı formada Rusiya Xarici İşlər Nazirliyinin qonaq evində keçirilir.

    Görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcəklər.

    Danışıqlar başa çatdıqdan sonra Rusiya XİN-in müzakirələrin yekunlarına dair açıqlama yayacağı bildirilib. 

    "Azərbaycan münaqişənin qısa zamanda həll edilməsi və regionda dayanıqlı sülhün təmin edilməsi üçün substantiv danışıqları daim dəstəkləyir", - görüşdən əvvəl Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

    Qeyd edək ki, noyabrın 14-də Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Ermənistanın xarici işlər naziri Eduard Nalbandiyan arasında görüşüb olub.

    Eyni zamanda, Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 20-də Bakıya və Yerevana səfər edəcək. Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi