MN düşmənin döyüş bayrağını atıb qaçması barədə açıqlama verdi

MN düşmənin döyüş bayrağını atıb qaçması barədə açıqlama verdi “Ordumuzun əks hücum əməliyyatı cəbhənin bütün istiqamətində davam edir".
Qarabağ
1 Oktyabr , 2020 19:29
MN düşmənin döyüş bayrağını atıb qaçması barədə açıqlama verdi
Anar Eyvazov

“Ordumuzun əks-hücum əməliyyatı cəbhənin bütün istiqamətində davam edir".

"Report" xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, düşmənin canlı və hərbi texnika qüvvəsindən xeyli itkisi var.

"Dünən xəbər verildiyi kimi, döyüşlər zamanı Ermənistan ordusunun darmadağın edilən 6-cı dağatıcı alayına köməyə gələn 193-cü əlahiddə həmlə taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib. Əsgəri şərəf, şücaət və şöhrət rəmzi olan döyüş bayrağını döyüş meydanında atıb qaçan düşmən bir daha öz acizliyini nümayiş etdirdi. Döyüş bayrağını qoruya bilməyən Ordunun iki yolu var: ya ərazimizi tərk etməli, ya da onlar yerində məhv olacaqlar", - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi