Milanda Azərbaycan və Ermənistanın XİN rəhbərləri arasında görüş keçirilir

Milanda Azərbaycan və Ermənistanın XİN rəhbərləri arasında görüş keçirilir
Dağlıq Qarabağ münaqişəsi
109
5 Dekabr , 2018 23:02
Milanda Azərbaycan və Ermənistanın XİN rəhbərləri arasında görüş keçirilir

Bakı. 5 dekabr. REPORT.AZ/ İtaliyanın Milan şəhərində AzərbaycanErmənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan arasında görüş başlayıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Leyla Abdullayeva məlumat yayıb.

"Elə indicə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ATƏT-in Minsk qrupunun həmsədrləri və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə görüş başlayıb", - deyə o, "Twitter" mikrobloqunda yazıb.

Bundan əvvəl Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.