Yuxarı

Elmar Məmmədyarov: “Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşündə Sergey Lavrov da iştirak etmək istəyir”

Məmmədyarov: "Münaqişədən Ermənistan itirib"

“Sergey Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünun Moskvada keçirilməsini və görüşdə iştirak etməsini istəyir”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla Moskvada keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

“Münaqişənin 30 il davam etməsindən Ermənistan itirib. Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmasa, gələcəyi olmayacaq: “Tbilisidən Yerevana gecə gedərkən görürsən ki, Ermənistanda bir dənə də işıq yanmır. Ermənistan yeni iqtisadi layihələrdən danışır, amma orada adam qalmayıb, bütün ağıllı insanlar köçüb başqa ölkələrə gediblər. Hökumət iqtisadi inqilabı kiminlə edəcək, nə cür edəcək!?”, - Elmar Məmmədyarov vurğulayıb.

İqbal Rüstəmov

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi