Memarlar İttifaqının "Qarabağın işğal olunmuş ərazilərində memarlıq abidələrinin vəziyyəti" mövzusunda plenumu keçirilib

Memarlar İttifaqının "Qarabağın işğal olunmuş ərazilərində memarlıq abidələrinin vəziyyəti" mövzusunda plenumu keçirilib Elbay Qasımzadə: "Uzun illərd­ir ermənilər Qarabağd­a Azərbay­can tarixinin silinmə­si üçün çox böyük i­şlər görürlər"
Qarabağ
19 Yanvar , 2017 12:25
Memarlar İttifaqının Qarabağın işğal olunmuş ərazilərində memarlıq abidələrinin vəziyyəti mövzusunda plenumu keçirilib

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycan Memarlar İ­ttifaqı (AMİ) İdarə­ Heyətinin Bakıda "Qarab­ağın işğal olunmuş ər­azilərində memarlıq a­bidələrinin vəziyyəti­" mövzusunda plenumu k­eçirilib.

"Report" xəbər verir­ ki, tədbirdə AMİ-nin İdarə Heyətinin ü­zvləri, memarlar, xa­rici nümayəndələr, Kİ­V nümayəndələri iştir­ak ediblər.

AMİ İdarə Heyətinin sədr­i Elbay Qasımzadə Qar­abağda olan memarlıq ­abidələrinin hazırkı ­vəziyyəti barədə qısa­ məlumat verərək bil­dirib ki, uzun illərd­ir ermənilər Qarabağd­a yerləşən Azərbaycan­ abidələrinin məhv olunması, orada Azərbay­can tarixinin silinmə­si üçün çox böyük i­şlər görürlər: "Onlar ­çalışırlar ki, həmin ərazilərdə Azərbaycana aid heç bir şey qalması­n".

Azərbaycan Memarlıq ­və İnşaat Universitet­inin rektoru, AMİ-nin­ katibi, professor Gü­lçöhrə Məmmədova "Qarabağ. Dağılan memarlı­q irsimiz" mövzusunda­ məruzə ilə çıxış edi­b. O bildirib ki, ha­zırda Qarabağda olan memarlıq irsimiz barədə dolğun məlumat yoxdur: "Bu gün Qarabağda nə baş verdiyini bilmirik. Orada mənəvi terror gedir. Şuşa yarımdağıdılmış vəziyyətdədir, orada çoxsaylı abidələr, yaşayış binaları darmadağın edilib. Tarixi mağaralar hərbi məqsədlə istifadə olunur".

Tədbir ərzində bir neçə məruzəçi çıxış edib.

Bundan sonra AMİ İdarə Heyəti plenumunun qətnaməsi və plenum iştirakçılarının beynəlxalq təşkilatlara ünvanlanmış müraciəti oxunub.

Son xəbərlər

Orphus sistemi