Latviya prezidenti: "Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır"

Latviya prezidenti: "Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır" "Davam edən münaqişələr beynəlxalq birliyə təhlükə yaradır"
Qarabağ
16 Mart , 2017 14:07
Latviya prezidenti: Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır
Report.az

Bakı. 16 mart. REPORT.AZ/ "Davam edən münaqişələr beynəlxalq birliyə təhlükə yaradır."

"Report"un verdiyi xəbərə görə, bunu Latviyanın Prezidenti Raymonds Veyonis V Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

"Təəssüflər olsun ki, bu gün biz təhlükəsiz və sabit dünyada yaşamırıq. Davam edən münaqişələr və böhranlar beynəlxalq münasibətlərin dəyişməsinə gətirib çıxarıb", - R. Veyonis bildirib.

Onun sözlərinə görə, bu cür tendeysiya qlobal və beynəlxalq sabitliyə təhlükə yaradır.

Dünyada baş verən münaqişələrin nizamlanmasına toxunan Latviya prezidenti vurğulayıb ki, Latviya beynəlxalq hüquq və ölkənin ərazi bütövlüyü çərçivəsində münaqişələrin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır: "Bunun üçün siyasi iradə olmalıdır. Münaqişələr, xüsusilə də Dağlıq Qarabağ, Gürcüstan, Ukrayna və Moldovada baş verən münaqişələr sülh yolu ilə həll olunmalıdır."

Son xəbərlər

Orphus sistemi