Krakovda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başa çatıb - YENİLƏNİB

Krakovda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başa çatıb - YENİLƏNİB Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə edilib
Qarabağ
18 Yanvar , 2018 19:27
Krakovda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başa çatıb - YENİLƏNİB

Bakı. 18 yanvar. REPORT.AZ/ Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında keçirilən görüş başa çatıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Twitter"də yazıb. 


*** 16:08

Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında görüş başlayıb.

"Report" xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə edilir. 

XİN başçılarının danışıqlarından əvvəl isə E.Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri - Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) ilə görüşüb.

Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN başçılarının sonuncu görüşü dekabrın 7-də ATƏT Xarici İşlər Nazirləri Şurasının Avstriyanın paytaxtı Vyanada keçirilən iclası çərçivəsində baş tutmuşdu.

Son xəbərlər

Orphus sistemi