Tbilisi. 20 fevral. REPORT.AZ/ “Gürcüstan bölgədə mövcud münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili bildirib.
O deyib ki, Gürcüstan bölgədə münaqişələrin həlli üçün sülh platforması rolunu oynaya bilər və buna tam hazırdır.
K.Tsixelaşvili tanınmamış qondarma “
Qeyd edək ki, qondarma “Dağlıq Qarabağ Respublikası”nın “xarici işlər naziri” Masis Mailyan ötən gün separatçı “Cənubi Osetiya Respublikası”na səfər edib. Səfər çərçivəsində M.Mailyan işğlaçı Tsxinval rejiminin lideri Anatoli Bibilovla görüşüb. A.Bibilov görüşdən sonra bildirib ki, Tsxinvalda yerləşən küçələrdən birində "erməni və osetin xalqlarının dostluğu"nun simvolu olacaq xaçkar quraşdırılacaq.