Gerbert Zalber: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ yoxdur"

Gerbert Zalber: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ yoxdur" "Avropa İttifaqı ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir"
Qarabağ
10 Dekabr , 2016 00:31
Gerbert Zalber: Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ yoxdur

Bakı. 10 dekabr. REPORT.AZ/ Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Gerbert Zalber cümə günü Vyanada Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanla görüşüb.

"Report" Ermənistanın xarici siyasət idarəsinə istinadən xəbər verir ki, görüşdə Vyana və Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əldə olunmuş razılaşmaların həyata keçirilməsi üzrə addımlar müzakirə olunub.

G.Zalber münaqişənin sülh yolu ilə həllinə alternativin olmadığını və Aİ-nin ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəklədiyini bildirib.

Son xəbərlər

Orphus sistemi