Daşkəsənin atəşə tutulması nəticəsində meşədə başlayan yanğın alovlanıb

Daşkəsənin atəşə tutulması nəticəsində meşədə başlayan yanğın alovlanıb Düşmənin atəşkəsi pozması nəticəsində Daşkəsən rayonunun Zivlən kəndində olan meşə ərazisində yanğın olub.
Qarabağ
26 Oktyabr , 2020 15:06
Daşkəsənin atəşə tutulması nəticəsində meşədə başlayan yanğın alovlanıb
0 : 00
0 : 00

Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Daşkəsən rayonunun Zivlən kəndində meşə ərazisində başlayan yanğın yenidən alovlanıb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hazırda ümumi 10 hektara qədər ərazinin müxtəlif yerlərində yanğın davam edir.

13:00

Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Daşkəsən rayonunun Zivlən kəndində meşədə baş verən yanğının qarşısı qismən alınıb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, təxminən 2 hektara qədər ərazidə yanğın baş verib.

10:18

Düşmənin atəşkəsi pozması nəticəsində Daşkəsən rayonunun Zivlən kəndində olan meşə ərazisində yanğın olub.

"Report"un bölgə müxbiri xəbər verir ki, əraziyə 3 yanğınsöndürən maşın göndərilib.

Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi