Ermənistan ordusunun 2 hərbi qulluqçusu döyüş postunda yaralanıb

Ermənistan ordusunun 2 hərbi qulluqçusu döyüş postunda yaralanıb Bakı. 14 noyabr. REPORT.AZ/ İşğalçı Ermənistan ordusunun daha 2 hərbi qulluqçusu döyüş postunda odlu silah yarası alıb. 
Qarabağ
14 Noyabr , 2017 15:31
Ermənistan ordusunun 2 hərbi qulluqçusu döyüş postunda yaralanıb

Bakı. 14 noyabr. REPORT.AZ/ İşğalçı Ermənistan ordusunun daha 2 hərbi qulluqçusu döyüş postunda odlu silah yarası alıb. 

"Report" xəbər verir ki, Ermənistan tərəfindən işğal edilən Madagiz yaşayış məntəqəsində döyüş mövqeyində xidmət edən iki ermənistanlı hərbi qulluqçu odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

Postdan qayıdıb silahı boşaldarkən ehtiyatsızlıq səbəbindən avtomatdan açılan atəşdən yaralandığı iddia edilən Çarents Nazaryan və Armen Arakelyan hərbi hissənin tibb məntəqəsinə gətiriliblər. Vəziyyətlərinin orta olduğu bildirilir.

İctimaiyyətdən gizlətmək məqsədilə hadisənin səbəblərini qərargah zabitləri özləri araşdırırlar.

Son xəbərlər

Orphus sistemi