"ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun (Rusiya) yaydıqları bəyanatın mahiyyətinə baxdıqda görünür ki, bu, Ermənistana ünvanlanıb, konkret ismarıclar var”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyev “Real TV”yə müsahibəsində qeyd edib ki, bəyanatda danışıqlar prosesinə hər hansı qeyd-şərtin qoyulmasının yolverilməz olduğu qeyd olunub: “Vurğulanıb ki, prosesi pozmağa cəhd edən aqressiv ritorikalar aradan qaldırılmalıdır, həmçinin danışıqlar prosesinin indiki vəziyyətində onun gələcəyini şərtləndirəcək fikirlərin söylənilməsi kimi yanaşmalar da doğru deyil. Həmsədrlərin bəyanatında münaqişənin mərhələli yolla həlli konsepsiya olaraq qeyd olunur. Azərbaycan bunun tərəfdarıdır. Beynəlxalq ictimaiyyətdə bu reallığı qəbul edir ki, münaqişə mərhələli addımlarla həll edilməlidir. Həmsədrlər tərəfindən xüsusi vurğu qoyulan məqam
Bəyanatda “maraqlı tərəflər” ifadəsindən istifadə olunur ki, bu da erməni və azərbaycanlıların Dağlıq Qarabağ icmalarına xitabdır. Ermənistan və Azərbaycan münaqişə tərəfləridir. Bu bəyanatı Azərbaycan mövqeyini əks etdirən tezislər baxımından məqbul sənəd kimi qəbul edə bilərik. Bunun da ünvan sahibi Ermənistandır”.
PA rəsmisi xatırladıb ki, bəyanata Ermənistan Xarici İşlər Nazirliyindən ilk münasibət açıqlanıb, həmçinin bəzi şəxslər münasibət bildirib: “Bunu Ermənistanın özünü müdafiə, bəraət cəhdi kimi qiymətləndirmək olar. Ermənistan bu bəyanatı da “Yol xəritəsi” kimi qəbul etməlidir. Təəsssüflər olsun ki, Ermənistan tərəfinin mövqeyində bu bəyanatın başqa bir formada qələmə verilməsi, əsas mahiyyətdən yayınma halları müşahidə olunur. Düşünürəm ki, Ermənistan tərəfi ünvan sahibinin kim olduğunu bilir. Bunu uşaqsayağı cığalbazlıq adlandıra bilərik”.
H.Hacıyev vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi qətidir və birmənalıdır: “Prezident