Erməni hərbi bölmələri “TRT Haber” və “Anadolu” agentliyinin əməkdaşlarının olduğu nöqtəyə minaatandan 3 atəş açıblar.
“Report” xəbər verir ki, bu barədə məlumatı TRT yayıb.
Məlumata görə, mərmilər jurnalistlərdən 100 metr məsafəyə düşüb. Hadisə nəticəsində yaralıların olmadığı bildirilib.