Elmlər doktoru: “Koronavirusla bağlı qaydalara əməl olunduqca sərt qadağalara gedilməyəcək”

Elmlər doktoru: “Koronavirusla bağlı qaydalara əməl olunduqca sərt qadağalara gedilməyəcək” “Avropa ölkələrində olduğu kimi Azərbaycanda da koronavirusun yeni dalğasının olması qaçılmazdır. Avropada, Hollandiyada, Almaniyada gündəlik yoluxma sayı bəzən 5 000-i keçir. Bu hallar davam etdikcə qaydalar daha da sərtləşdiriləcək”.
Qarabağ
14 Oktyabr , 2020 13:38
Elmlər doktoru: “Koronavirusla bağlı qaydalara əməl olunduqca sərt qadağalara gedilməyəcək”
Nuran Abdullayev

“Avropa ölkələrində olduğu kimi Azərbaycanda da koronavirusun yeni dalğasının olması qaçılmazdır. Avropada, Hollandiyada, Almaniyada gündəlik yoluxma sayı bəzən 5 000-i keçir. Bu hallar davam etdikcə qaydalar daha da sərtləşdiriləcək”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.

Onun sözlərinə görə, payız və qış aylarında qriplə koronavirusu ayırmağın çətinləşəcəyi əvvəlcədən proqnoz edilib:

“Məsələn, koronavirus olan deyəcək ki, “mən adi qripəm”, gedəcək kütləvi yerlərdə insanları yoluxduracaq. Adi qrip olan şəxs isə elə biləcək koronavirusa yoluxub və evdə qalacaq ki, bu da müəyyən formada iqtisadiyyata zərərdir. Belə hallarda şəxslər maksimum ehtiyatlı olmalıdırlar, özünü digər şəxslərdən tamamilə izolyasiya etməli və əlamətləri hiss edən şəxs tez bir zamanda test edilib müayinə edilməlidir ki, xəstəliyə qarşı növbəti addımlar bəlli edilsin”.

N.Abdullayev hesab edir ki, insanlar maska taxmağın vacibliyini daha ciddi anlamalıdır: “İnsanlar başa düşməlidirlər ki, yoluxma halları çoxalarsa, əvvəlki sərt qadağalar, eləcə də, rayonlara getmək qadağası yenidən tətbiq oluna bilər. Bu da birbaşa döyüş bölgəsində olan əsgərlərimizə, ordumuza yardım aparan insanlara təsir edəcək ki, onlar ora gedə bilməyəcək”.

“Qaydalara əməl olunduqca, virusa yoluxma sayı aşağı düşdükcə sərt qadağalara gedilməyəcək”, - N.Abdullayev bildirib.

Son xəbərlər

Orphus sistemi