Bakı. 16 fevral. REPORT.AZ/ Münhen Təhlükəsizlik Konfransı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federal Kanslerinin xarici və təhlükəsizlik siyasəti üzrə məsləhətçisi Yan Heker ilə görüşüb.
“Report” xəbər verir ki, görüşdə tərəflər Almaniya və Azərbaycan arasında mövcud olan əməkdaşlıq münasibətlərinin gündəliyi üzrə fikir mübadiləsi apardılar və ikitərəfli əlaqələrin cari vəziyyətindən məmnunluq ifadə ediblər.
Nazir Elmar Məmmədyarov qarşı tərəfə bölgədə sülh və təhlükəsizliyə ən böyük maneə olan Ermənistan-Azərbaycan
Tərəflər, habelə qarşılıqlı maraq və narahatlıq kəsb edən regional və beynəlxalq məsələləri müzakirə ediblər.