Dövlət Komissiyasının nümayəndəsi: "İndiyədək 1 943 itkinlə bağlı 5 889 nümunə toplanıb"

Dövlət Komissiyasının nümayəndəsi: "İndiyədək 1 943 itkinlə bağlı 5 889 nümunə toplanıb" Bakı. 10 dekabr. REPORT.AZ/ “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə 1483 nəfər erməni əsir-girovluğundan azad edilib. Hazırda Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmi qeydiyyatında olan 3 azərbaycanlı qarşı tərəfdə girovluqda saxlanılır. Eyni zamanda, Azərbaycan tərəfdə də erməni mənşəlli 3 şəxs saxlanılır. Əlbəttə ki, ölkəmiz hazırda işğal edilən Dağlıq Qarabağda saxlanılan Dilqəm Əsgərov, Şahbaz Quliyev və Elnur Hüseynzadənin azad edilməsi üçün zəruri tədbirləri davam etdirir. Bu insanların azad edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir”.
Qarabağ
10 Dekabr , 2018 12:08
Dövlət Komissiyasının nümayəndəsi:  İndiyədək 1 943 itkinlə bağlı 5 889 nümunə toplanıb
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov / Report/ Elshan Baba

Bakı. 10 dekabr. REPORT.AZ/ “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə 1483 nəfər erməni əsir-girovluğundan azad edilib. Hazırda Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmi qeydiyyatında olan 3 azərbaycanlı qarşı tərəfdə girovluqda saxlanılır. Eyni zamanda, Azərbaycan tərəfdə də erməni mənşəlli 3 şəxs saxlanılır. Əlbəttə ki, ölkəmiz hazırda işğal edilən Dağlıq Qarabağda saxlanılan Dilqəm Əsgərov, Şahbaz Quliyev və Elnur Hüseynzadənin azad edilməsi üçün zəruri tədbirləri davam etdirir. Bu insanların azad edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir”.

“Report” xəbər verir ki, bunu Bakıda “Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilərin Azərbaycan xalqına və onun maddi-mədəniyyət abidələrinə qarşı cinayət əməlləri” mövzusunda keçirilən konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.

E.Səmədov xatırladıb ki, MDB dövlət başçılarının Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən qeyri-rəsmi Zirvə toplantısında iştirak edən Prezident İlham Əliyev Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla söhbət zamanı Ermənistan və Azərbaycanda saxlanılan şəxslərin qarşılıqlı şəkildə dəyişdirilməsi məsələsini müzakirə edib.

O bildirib ki, ən vacib məsələ Beynəlxalq Qızıl Xaç Komitəsinin çərçivə sazişinə əsasən itkin düşən şəxslərin yaxın qohumlarından DNT nümunələrinin toplanması və saxlanılmasıdır: “Nümunələrin saxlanılması üçün Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalında xüsusi yer ayrılıb. İndiyədək 1 943 itkinlə bağlı 5 889 nümunə toplanıb”.

Son xəbərlər

Orphus sistemi