Dövlət Komissiyası: Ermənistan hərbçisinin meyiti sabah qarşı tərəfə veriləcək

Dövlət Komissiyası: Ermənistan hərbçisinin meyiti sabah qarşı tərəfə veriləcək Komissiya Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edib
Qarabağ
19 Aprel , 2016 15:30
Dövlət Komissiyası: Ermənistan hərbçisinin meyiti sabah qarşı tərəfə veriləcək

Bakı. 19 aprel. REPORT.AZ/ Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlar zamanı həlak olmuş və 11 aprel 2016-cı il tarixdə Azərbaycan hərbçilərinin nəzarətində olan ərazidə aparılan axtarış zamanı meyiti tapılmış bir Ermənistan hərbçisinin nəşinin aprelin 20-də saat 15.00-da qarşı tərəfə verilməsi barədə aidiyyəti dövlət qurumları tərəfindən qərar qəbul olunub.

Bu barədə “Report”a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Dövlət Komissiyası prosesin həyata keçirilməsində humanitar vasitəçi qismində iştirak etmək və qarşı tərəfi məlumatlandırmaq məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi