Yuxarı

Dağlıq Qarabağda erməni əsgər hərbçi yoldaşını güllələyib - ƏLAVƏ OLUNUB

Dağlıq Qarabağda erməni əsgər hərbçi yoldaşını güllələyib - ƏLAVƏ OLUNUB
Faktla bağlı araşdırma aparılır

Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin daha bir hərbçisi müəmmalı şəkildə ölüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, 1998-ci ildə anadan olan Ovsep Qriqoryanın ölümünün dəqiq səbəbi hələlik bilinmir. İlkin ehtimala görə, o, avtomat silahla ehtiyatsız davranması nəticəsində aldığı gülə yarasından hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

Ovsep Qriqoryanın ölümü ilə əlaqədar onun hərbçi yoldaşı saxlanılıb. Məlumata görə, Ermənistan silahlı qüvvələrinin adı açıqlanmayan hərbçisi Ovsep Qriqoryana odlu silahdan atəş açıb. Nəticədə O.Qriqoryan aldığı yaradan ölüb. 

İlkin məlumata əsasən, saxlanılan hərbçi silahdan istifadə qaydasına əməl etmədiyi üçün əlində atəş açılıb və O.Qriqoryana dəyib. 



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi