Dağlıq Qarabağ münaqişəsi ATƏT-in təhlükəsizlik üzrə illik konfransında müzakirə olunub

Dağlıq Qarabağ münaqişəsi ATƏT-in təhlükəsizlik üzrə illik konfransında müzakirə olunub Bakı. 27 iyun. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət ATƏT-in təhlükəsizlik problemlərinin icmalı üzrə illik konfransında müzakirə olunub.
Qarabağ
27 İyun , 2018 12:35
Dağlıq Qarabağ münaqişəsi ATƏT-in təhlükəsizlik üzrə illik konfransında müzakirə olunub
0 : 00
0 : 00

Bakı. 27 iyun. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət ATƏT-in təhlükəsizlik problemlərinin icmalı üzrə illik konfransında müzakirə olunub.

"Report" xəbər verir ki, Vyanada ikigünlük keçirilən "ATƏT regionunda təhlükəsizliyin möhkəmləndirilməsi üçün dialoq və məsuliyyət" konfransı zamanı iştirakçılar ATƏT regionunda münaqişə və böhran vəziyyətlərini, həlli uzadılmış münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını, miqrasiya ilə bağlı məsələləri və s. müzakirə ediblər.

Həll olunmamış münaqişələr üzrə işçi sessiyasına ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Günter Baxler, eləcə də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda yaşanan böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar qatılıblar.

Konfrans iştirakçıları Dağlıq Qarabağ münaqişəsinin həlli, danışıqlar prosesinin imkanları ilə bağlı fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi