Çili mətbuatında ermənilərin 2 yaşlı azərbaycanlı qızı öldürməsi barədə məqalə dərc edilib

Çili mətbuatında ermənilərin 2 yaşlı azərbaycanlı qızı öldürməsi barədə məqalə dərc edilib Məqalədə Ermənistan dövlətinin terrorçu mahiyyəti nümayiş olunur
Qarabağ
10 İyul , 2017 18:26
Çili mətbuatında ermənilərin 2 yaşlı azərbaycanlı qızı öldürməsi barədə məqalə dərc edilib

Bakı. 10 iyul. REPORT.AZ/ Latın Amerikası ölkələrində yayımlanan "Telesur Tv" telekanalının internet səhifəsində çilili jurnalist və beynəlxalq analitik Pablo Xofrenin "Dağlıq Qarabağ: Digər İşğal" adlı məqaləsi nəşr olunub.

"Report"un məlumatına görə, müəllif öz məqaləsində iyulun 4-də Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağdakı işğalçı qüvvələrinin minaatanlardan və dəzgahlı qumbaraatanlardan cəbhə xəttində yerləşən Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində 50 yaşlı Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın həlak olduğunu, digər mülki şəxs olan bir qadının yaralandığını və mülki obyektlərə zərər yetirildiyini yazıb.

Müəllif Minsk qrupunun hərbi əməliyyatların dayandırılmasını tələb etməsinə baxmayaraq, bu münaqişənin həllinin əsasını təşkil edən əsas məsələdə - Ermənistan tərəfindən torpaqların tamamilə qaytarılması barədə irəliləyişin əldə edilmədiyini yazır. O, 2016-cı ilin aprel ayında Minsk qrupu həmsədrlərinin regiona səfərini xatırladaraq, həmsədrlər tərəfindən substantiv və ciddi danışıqlar yolu ilə işğal vəziyyətinin – status kvonun dəyişdirilməsinə çağırışlar edildiyini, lakin Ermənistanın bütün bunlara və mövcud qətnamələrə əməl etməyərək Azərbaycan xalqına qarşı, hətta cəbhə xəttindən kənarda yerləşən yaşayış məntəqələrinə qarşı hərbi əməliyyatları davam etdirdiyini yazır.

Analitik Azərbaycan tərəfinin mövqeyinə istinadən əlavə edir ki, Ermənistan silahlı qüvvələrinin iyulun 4-də hədəflənmiş şəkildə və qəsdən həyata keçirdiyi hərbi hücumlar, torpaqların qaytarılmasını tələb edən beynəlxalq qətnamə və qərarlara məhəl qoymaraq işğal olunmuş torpaqları qaytarmaqdan imtina etməsi Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir.

O vurğulayır: "Ermənistanın siyasi-hərbi rəhbərliyinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin və beynəlxalq təşkilatların münaqişənin həlli üçün substantiv danışıqları, çağırışları qulaq ardına vuraraq mülki şəxslərin qəddar şəkildə öldürülməsi ilə cavab verir. Bu, bir daha onu sübut edir ki, həmsədrlər beynəlxalq hüququn norma və prinsipləri və beynəlxalq təşkilatların qərar və qətnamələrinə uyğun olaraq, Ermənistandan öz qoşunlarını tezliklə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmasını və işğala əsaslanan status kvonun dəyişdirilməsini tələb etməlidirlər." 

Son xəbərlər

Orphus sistemi