Bu gün ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycanın Xarici İşlər naziri
"Report" xəbər verir ki, hər iki nazir artıq Vaşinqtondadır.
Görüş ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şoferin (ABŞ) vasitəçiliyi ilə keçiriləcək. Azərbaycan və Ermənistan xarici siyasət idarəsi rəhbərlərinin danışıqlarında həmsədrlərlə yanaşı, ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.
Görüşdə
Danışıqlardan əvvəl həmsədrlər ayrı-ayrılıqda həm
Bundan başqa, Azərbaycanın Xarici İşlər naziri Vaşinqtona işgüzar səfəri çərçivəsində ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ilə görüşüb.
Görüşdə tərəflər bir sıra məsələlər üzrə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinin cari mərhələsi və substantiv məsələlər üzrə danışıqların irəli aparılması yolları ətrafında intensiv və uzun fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sonuncu görüşü bu il aprelin 15-də Moskva şəhərində Rusiya tərəfinin təşəbbüsü əsasında keçirilib. Danışıqlarda Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi də iştirak edib.