Bu gün Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq

Bu gün Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq Bakı. 18 yanvar. REPORT.AZ/ Bu gün Polşanın Krakov şəhərində Azərbaycan və və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Qarabağ
18 Yanvar , 2018 09:09
Bu gün Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq

Bakı. 18 yanvar. REPORT.AZ/ Bu gün Polşanın Krakov şəhərində Azərbaycan və və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

"Report" xəbər verir ki, Elmar Məmmədyarov və Edvard Nalbəndyan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edəcəklər. 

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sonuncu görüşü dekabrın 7-də Avstriya paytaxtı Vyanada keçirilib. 

Son xəbərlər

Orphus sistemi