Belçikanın ermənipərəst qəzetində Azərbaycan deputatının Dağlıq Qarabağdan bəhs edən müsahibəsi dərc olunub

Belçikanın ermənipərəst qəzetində Azərbaycan deputatının Dağlıq Qarabağdan bəhs edən müsahibəsi dərc olunub Müsahibə Belçikanın erməni icmasının geniş narazılığına səbəb olub
Qarabağ
28 Dekabr , 2016 22:18
Belçikanın ermənipərəst qəzetində Azərbaycan deputatının Dağlıq Qarabağdan bəhs edən müsahibəsi dərc olunub

Bakı. 28 dekabr. REPORT.AZ/ Belçikanın ermənipərəst mövqeyi ilə seçilən "l’Echo" qəzetində cari ilin avqust ayında dərc edilmiş Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin “rəhbəri” Bako Saakyanın müsahibəsinə cavab olaraq, dekabrın 28-də Azərbaycanın Dağlıq Qarabağ regionu Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayevin müsahibəsi eyni qəzetdə dərc olunub.

Azərbaycanın Belçikadakı səfirliyindən "Report"a verilən məlumata görə, müəllifin bir sıra qərəzli şərhlərinə baxmayaraq, yazıda Azərbaycanın haqlı mövqeyini əks etdirən vacib məqamlar açıq şəkildə ifadə edilib.

Belə ki, müsahibədə R.Rzayev Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edildiyini, 1 milyon qaçqın və məcburi köçkünün mövcudluğunu və beynəlxalq ictimaiyyətin Ermənistanın işğalçı siyasətindən xəbərdar olduğunu vurğulayır. O, 1992-ci ildə Xocalı şəhərinin 613 sakinin qətlə yetirildiyini və bu hadisəni törədənlər arasında elə Bako Saakyanında olduğunu qeyd edir. R.Rzayev əslən olduğu Şuşa şəhərinin 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu xatırladır.

Deputat habelə, bu ilin aprel ayında cəbhə xəttində yaşanmış qarşıdurmanın Ermənistanın növbəti təxribatı nəticəsində baş verdiyini, bunun Ermənistan tərəfindən əvvəlki hallarla müqayisədə daha geniş miqyasda həyata keçirildiyini önə çəkir.

O, daha sonra Rusiya tərəfindən Ermənistana "İskəndər" tipli raketlərinin verildiyindən narahatlıq ifadə edir və İrəvanda keçirilmiş parad zamanı nümayiş etdirilmiş bu silahların Ermənistan tərəfindən Azərbaycana davamlı hədələr yağdırmaq üçün istifadə edildiyini bildirir.

R.Rzayev sonda Azərbaycanlı icmasının Dağlıq Qarabağa dönərək erməni icması ilə birgə dinc şəraitdə yaşamaq arzusunda olduğunu ifadə edir və bu xüsusda həmin icmanın nümayəndəsi qismində erməni icmasını dialoqa dəvət edir.

Sözügedən müsahibə Belçikanın erməni icmasının geniş narazılığına səbəb olub.

Son xəbərlər

Orphus sistemi