Yuxarı
    Bağlamaq

    Azərbaycanın şəhid olan hərbi qulluqçusu sabah Şabranda dəfn olunacaq

    Şəhidin nəşi bu gün ailəsinə təhvil veriləcək
    © Report

    Şabran. 14 dekabr. REPORT.AZ/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 1978-ci il təvəllüdlü Salahov Fizuli Süleyman oğlu sabah Şabran rayonu, Gəndov kənd qəbiristanlığında dəfn olunacaq. O, 19 il Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. 

    "Report"un Şimal bürosunun verdiyi məlumata görə, 39 yaşlı hərbiçinin nəşi bu gün ailəsinə təhvil veriləcək. 

    Qeyd edək ki, şəhid F.Salahov ailəli olub, iki oğlu var. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi